🆘 Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsində yoxlamalar aparıb: 8 nəfər işdən çıxarılıb
Yoxlamalar nəticəsində idarənin rəis müavini polis polkovniki Elçin Rəcəbov, rəisin şəxsi heyətlə iş üzrə köməkçisi Yaşar Məmmədov, İstintaq və Təhqiqat İdarəsinin, Cinayət Axtarış Şöbəsinin baş əməliyyatçısı və əməliyyatçısı, bundan başqa Abşeron RPİ-nin Qobu Polis bölməsinin rəisi Samir Qayıbov və bölmənin rəis müavini Ramil Rüstəmovun fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib.
Qeyd edilən şəxslər işdən azad edilərək sərəncama götürülüb. Yoxlamalar davam etdirilir.
44gun.org