SON DƏQİQƏ

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Əbədiyaşar Lider” adlı tədbir keçirildi.

Tarix:4-05-2023, 20:42 Oxunub:277











03 may 2023-cü il tarixində Suraxanı rayon Heydər Əliyev Mərkəzinin və Gülarə Əliyeva adına 3 saylı uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Əbədiyaşar Lider” adlı tədbir keçirildi. 
    Tədbir iştirakşıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri  qoydular, mərkəzin foyesində təşkil olunmuş rəssam Aynur Novruzova və rəsm dərnəyinin üzüvlərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış oldular.
      Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş bütün şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
    Tədbiri giriş sözü ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzinin drektor əvəzi Zəkiyə Hacıyeva açaraq müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndərin dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər gördüyünü, ölkəmizin bu günü və gələcəyi üçün zəngin irs qoyduğunu söylədi. O qeyd etdi ki, Azərbaycan xalqı çox xoşbəxtdir çünki, tarix ona Heydər Əliyev kimi dünyamiqyaslı dahi şəxsiyyət bəxş etmişdir. Ölkəmizin ən yüksək inkişaf dövrü məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur. Vətən müharibəsindəki parlaq Qələbəmiz, ümumilikdə isə ölkəmizin hərtərəfli inkişafı bir daha deməyə əsas verir ki, dahi Heydər Əliyev kursunun ən layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasət ən yüksək Zirvələri fəth edərək, qızıl hərflərdən ibarət tarix yazır və dahi Öndərimizin ideyaları əbədi olaraq yaşayır.
   Tədbirdə YAP veteranlar şurasının üzvü Zərifə Quliyeva, Azərbaycan Respublikasının İncəsənət xadimi Məhəbbət Mehdiyeva, ATEFF şirkətlər qrupunun mühəndisi Adil Əzimov, Respublika Yüksək İdman Ustalığı Məktəbinin drektoru Cəfər Hümbətov və Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov çıxış edərək bildirdilər ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. 
Tədbir iştirakçıları öz çıxışlarında Heydər Əliyevlə bağlı xatirələrinindən bəhs edərək bildirdilər ki,  bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş dahi  şəxsiyyət ümummilli lider Heydər Əliyevin  əziz  xatirəsi Azərbaycan  xalqının  qəlbində  əbədi yaşayacaq.    
Tədbir bədii hissə ilə davam etdi və sonda  xatirə şəkli çəkdirildi.







FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman