SON DƏQİQƏ

“Neftçi”nin göndərdiyi legioner Azərbaycandan yeni təklif aldı

Tarix:7-05-2023, 22:55 Oxunub:242

ÖNDERTV.ORG

Fransanın "Şatoru" klubunun müdafiəçisi Romen Bask Azərbaycana qayıda bilər.

ÖNDERTV.ORG sportinfo.az-a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçiyə Premyer Liqamızda yarışan komandalardan maraq göstərənlər var.

Bask özü sportal.az-a açıqlamasında bunu etiraf edib. Lakin fransalı onunla maraqlanan klubun adını çəkmək istəməyib:

"Bəli, Azərbaycan klubundan təklifim var idi. Amma bütün fikrim hazırkı komandam ilə bağlıydı.

Azərbaycanın hansı klubunun məni transfer etmək istədiyini deyə bilmərəm. Bu, doğru olmazdı. Sirr kimi qalsa, daha yaxşıdır".

"Ruan", "Keviyi Ruan", "Havr" klublarında oynamış Bask 2021-ci ildə "Neftçi"yə keçmişdi. Amma o, şəxsi məsələlərə görə Fransaya qayıtmaq istədiyindən Bakıda çox qalmamışdı. Futbolçunun "Şatoru" ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatır.


ÖNDERTV.ORG

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman