SON DƏQİQƏ

"Sürücü Əhməd"in vəziyyəti ağırlaşdı

Tarix:11-05-2023, 14:52 Oxunub:249


Tanınmış kinorejissor, aktyor, Azərbaycanın Əməkdar artisti Elxan Qasımovun səhhəti pisləşib. Milli.Az bildirir ki, bu barədə demokrat.az-a aktyorun qızı Kəmalə Qasımova məlumat verib.
O deyib ki, hazırda atasının vəziyyəti çox ağırdır:
"Atamın şah damarında qanaxma yaranıb, əməliyyat olunub. Hazırda "Baku Medical Plaza"da müalicə alır. Vəziyyəti çox ağırdır. Yaxşı olardı ki, dövlətimiz onun vəziyyəti ilə bağlı məsələni nəzarətə götürsün. Səlahətli şəxslərdən dəstək gözləyirik".

Qeyd edək ki, 78 yaşlı aktyor Elxan Qasımov tamaşaçılara "Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınır.




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman