SON DƏQİQƏ

"Abrams" tankları Ukraynaya payızın əvvəlində gələcək

Tarix:12-05-2023, 09:08 Oxunub:179



Amerikanın "Abrams" tanklarının bu il payızın əvvəlində Ukraynaya gəlməsi gözlənilir.

"report"a istinadən bildirir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

"Biz bu tankların çatdırılmasını sürətləndirmək üçün əlimizdən gələni edirik, payızın əvvəli - proqnoz belədir", - o deyib.

Ostin həmçinin qeyd edib ki, ABŞ indi tankları dəstəkləmək və saxlamaq üçün infrastruktur yerləşdirir.

Xatırladaq ki, daha əvvəl Ukraynanın müdafiə naziri Oleksiy Reznikov "Abrams" tanklarının Ukrayna Silahlı Qüvvələrinin bu əks-hücumunda iştirak etməyəcəyini bildirmişdi. Bununla belə, ukraynalı ekipajlar artıq təlimə gediblər.



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman