
Yasamal rayon Heydər Əliyev mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "100 ilin İMZASI" adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən
"Milli Dəyərlər üzrə Maarifləndirmə"İctimai Birliyinin sədri Gülşən Behbud 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının əhəmiyyətini vurğulayıb və Ümummilli Liderin Azərbaycanda hakimiyyətə qayıtması ilə başlayan inkişafdan və Ulu Öndərə həsr etdiyi "100- ilin İmzası" adlı kitabdan danışıb.

