SON DƏQİQƏ

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Sumqayıt Dövlət Teatrında Turqut Özakmanın I hissəli "Ocaq" psixoloji dramı səhnəyə qoyuldu.

Tarix:5-06-2023, 23:41 Oxunub:421



04.06.2023 tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Sumqayıt Dövlət Teatrında Turqut Özakmanın I hissəli  "Ocaq" psixoloji dramı səhnəyə qoyuldu. 


    Əsərin səhnə yorumu  çox maraqlıdır. Bir ailənin istirabları kontekstində səmimiyyətin müxtəlif sosial və yaş kateqoriyalarının baxış bucağı  mükəmməl şəkildə açılır. Nənənin “xidmətçi” çağrısı ilə başlayan tamaşada,  bir  neçə dəqiqə  sonra  məlum olur ki, özünü “paşa qızı” zənn edən nənə, xəyal buludlarının üstündə qanad açır, ata  çarəsizlik girdabında  boğula-boğula saman çöpündən  yapışmağa cəhd edir, ana bütün ailəni birləşdirməyə səy göstərir, pərən-pərən düşmüş ailə üzvlərini uçurumun ağzından  alan güclü bir obraz kimi ürəkləri fəth etməyi bacarır. Teatrın quruluşçu rejissoru   insanları ümidsiz olmamağa çağırır, “hər qaranlıq gecənin bir işıqlı  sabahı var” mesajını tamaşaçıya bariz şəkildə çatdırır. Tamaşanın quruluşçu rejissoru Respublikanın Xalq artisti Firudin Məhərrəmovdur. Rolları əməkdar artist Növrəstə Həşimova, əməkdar artist  Cəlal  Məmmədov, Xatirə Süleymanova və başqaları canlandırırdı.


      Teatra şəhərin bir çox yazarları, elm və  ictimai xadimləri dəvət olunmuşdi. Qazilər və şəhid ailələri "Ocaq" psixoloji dram  teatrını seyr etmək üçün dəvət olunmuşdular.  Şəhid Rauf İbadovun valideynləri  və digər qazilər teatrdan məmnun qaldıqlarını bildirdilər.

 

     Tədbirdə AMEA Memarlıq və İncəsənət İnstitutunun alimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sehranə Kasimi  və eləcə də,  Sumqayıt şəhər 4-li xəstəxananın tibb işçisi Natavan Babayeva da iştirak edirdilər. 

   Tamaşadan sonra onlar   kulis arxasında  teatrın truppasını çiçək dəstələri ilə təbrik etdilər .


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman