İyunun 13-ü saat 11:10-da Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində mühəndis işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub.
Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, atəş nəticəsində xəsarət alan olmayıb.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin atəş nöqtələri susdurulub.
Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, atəş nəticəsində xəsarət alan olmayıb.