Nərimanov Tibb Mərkəzinin həkim- pediatrı Orucova Sevil Vidadi qızı 17 iyun- Tibb işçilərinin Peşə bayramı münasibətilə, əhalinin sağlamlığının qorunması istiqamətində səmərəli fəaliyyətinə və Nərimanov rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə Nərimanov Rayonu İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.
Sevil Həkimin timsalında ölkəmizin hər bir guşəsində insan həyatının müqəddəsliyinə xələl gətirmədən sonsuz səbr və böyük zəhmətlə çalışan bütün səhiyyə işçilərini 17 iyun - Tibb işçilərinin Peşə bayramı münasibətilə təbrik edir və onlara insan üçün ən qiymətli xəzinə - sağlamlıqdan asılı olan işlərində uğurlar arzulayırıq! Bütün bəşəriyyət üçün sağlıq və hüzur dolu bir yaşam arzu edirik.