
2021 – 2022-ci tədris ilinin əvvəlindən şagirdləri ilə birlikdə eTwinnig platforması üzərindən Avropa məktəblər birliyinə qoşulan , Şəki şəhər 14 nömrəli məktəbin müəllimi Süleymanova Ümmü , aktual mövzularda iki layihəni reallaşdıraraq keyfiyyət nişanına layiq görüldü . Məlumat üçün qeyd edim ki, hal-hazırda bu beynəlxalq təhsil platformasında dünyanın müxtəlif ölkələrindən 1 058 879 müəllim və 233 743 məktəb birgə əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində keçən tədris ilində 139 192 təhsil layihəsi işlənmişdir.
Ümmü müəllimə 2022 - 23 dərs ilində də, beynəlxalq təhsil platformasında , Avropa müəllimləri ilə birgə fəaliyyətini davam etdirərək , iki ortaq layihəyə quruculuq edərək fəaliyyətə başladı. Layihədən biri " MƏNƏ MƏNİM GÖZÜMLƏ BAX bax" (LOOK AT ME WITH MY EYES ) adlandırılır. Layihə çox duyğusal, ürəyə toxunandır. Layihənin əsas məqsədi , fiziki cəhətdən məhdud şagirdlərə dəstək olmaq və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Ümmü müəllimə layihəyə dərs dediyi VII şagirdləri ilə qoşulub. Layihədə çalışmalar tamamlandığından , Ümmü müəllimə öz şagirdlərinin fəallığını sertifikatla dəyərləndirib. "Mənə, mənim gözümlə bax" layihəsinin ikinci qurucusu Türkiyədən Sevgi Atalaydır.
Sevgi Atalay Şehit Recep Kılıç Ortaokulunun fənn bilimləri üzrə çox savadlı müəllimdir . Azərbaycandan layihəyə qoşulan digər müəllim , İmişli rayonu Xoşçobanlı kənd orta məktəbinin riyaziyyat müəllimi, əməkdar müəllim Şirəliyev Cəbrayıl və həmin məktəbin VI sinif şagirdləridir. 7 müəllimin və şagirdlərinin reallaşdırdığı layihədə Rumıniyadan bir müəllim və şagirdləri var.
Ümmü müəllimənin qurucusu olduğu ikinci layihə , riyaziyyat fənnini əhatə etməklə , "BÜTÜN YOLLAR SİZƏ GEDİR" (ALL ROADS LEAD TO YOU) adlandırılır . Layihə " Riyaziyyat hər yerdə var " prinsipinə əsaslanır. 5 müəllimin qoşulduğu beynəlxaq layihəyə Azərbaycan yeganə Ümmü və 14 nömrəli şagirdləridir. Digər müəllim və şagirdlər Türkiyədəndir.
Hər iki layihə sona yaxınlaşıb.Ümid edirik ki, Ümmü müəllimə hər iki layihəni müvəffəqiyyətlə başa çatdıraraq , həm Türkiyənin , həm də Avropanın keyfiyyət nişanına layiq görüləcəkdir. Ümmü müəlliməyə və bütün layihə ortaqlarina uğurlar arzulayırıq.