Nyu-Yorkda Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlar Günü ilə bağlı tədbir keçirilib
Trend-ə istinadən bildirir ki, Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Gününə həsr olunan tədbirdə çıxış edən KOBİA sədri bu il Bakının Beynəlxalq KOB Forumuna ev sahibliyi edəcəyini qeyd edib.
BMT və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) birgə təşkilatçılığı ilə Nyu-York şəhərində 27 iyun - Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Gününə həsr olunan tədbir keçirilib.
KOB-larla əlaqəli beynəlxalq təşkilatların, müxtəlif ölkələrdən rəsmi şəxslərin iştirakı ilə keçirilən tədbirdə KOB-ların davamlı iqtisadi inkişafa, məşğulluğa və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına töhfəsi barədə məlumat verilib, KOB-ların inkişafı üçün müxtəlif dəstək mexanizmlərinə, bu sahədə yeniliklərə və nəzərdə tutulan tədbirlərə dair müzakirələr aparılıb.
.jpg)
.jpg)
.jpg)