SON DƏQİQƏ

Seymur Talıbovun yerinə gətirilən Aidə Cəlilzadə kimdir? - DOSYE

Tarix:8-07-2023, 10:25 Oxunub:269



Naxçıvan Dövlət Universitetinə yeni prorektor təyin edilib.
  metbuat.az-a istinadla xəbər verir ki, bu vəzifəyə Aidə Cəlilzadə gətirilib. O, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub.
Aidə Məhəmməd qızı Cəlilzadə 24 may 1987-ci ildə Babək rayon Babək qəsəbəsində anadan olub. 1993-2004-cü illərdə Babək qəsəbə orta məktəbini bitirərək 2004-2005-ci illərdə Gələcək Liderlər Mübadiləsi (FLEX) proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarında təhsil alıb.
Təhsil müddətini uğurla başa vurduğu və dövlət imtahanından uğurla keçdiyi üçün ABŞ dövlətinin rəsmi diplomunu almağa haqq qazanmış, sertifikatlar və medalla təltif olunub.
2004-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin "İngilis dili" ixtisası üzrə bakalavr təhsili alıb və bu təhsil pilləsini qırmızı diplomla bitirib
2006-cı ildə Ali məktəb tələbələrinin XI Respublika fənn olimpiadasında ingilis dili üzrə I yerə layiq görülərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomu ilə təltif olunub.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman