ABŞ Prezidenti Co Bayden Ukraynanın NATO-ya daxil olması məsələsinə aydınlıq gətirib.
Trend-ə istinadən xəbər verir ki, Bayden bildirib ki, Ukrayna müharibə şəraitində NATO-ya daxil olmağa hazır deyil.
Amerika lideri bu məsələyə yalnız sülhün bərqərar olmasından sonra baxılacağını deyib. Bayden eyni zamanda onu da qeyd edib ki, NATO ölkələri hazırda Ukraynanın üzvlük perspektivləri ilə bağlı fikir ayrılığına malikdirlər.