Müharibə veteranlarına, şəhid ailələrinə və qazilərə hər zaman göstərdiyi həssas və qayğıkeş münasibətə görə Quba rayon Qırmızı Qəsəbə bələdiyyəsinin sədri Yedadayeva Yafo Ariilovna Azaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvlüyünə qəbul edilib və Xatirə medalıyla təltif olunub.
Təlitifolma mərasimində AVMVİB-in sədr müavini Vahid Abdurrəhmanov, Nəzarət-Təftiş Komitəsinin sədri Niyazi Quliyev və «Tərəqqi» medalı mükafatçısı şairə-publisist, «Vedibasar» qəzetinin redaktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin İdeoloji məsələlər üzrə müşaviri Nəsibə İsrafilqızı iştirak etmişlər.

AVMVİB-in sədri xanım bələdiyyə sədrin təbrik edərək, Yafo Ariilovnaya şəhid ailələri ,qazilərə və veteranlara göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişdi.

Təbrik edirik!