SON DƏQİQƏ

Qonşu ölkələrdən gələn turistləri müvəqqəti olaraq itirmişik - Fuad Nağıyev

Tarix:17-07-2023, 17:05 Oxunub:229



Hazırda Azərbaycana gələn turistlərin sayı sərhədlərin açıq olduğu vaxtlardakı qədərdir.
Trend-ə istinadən xəbər verir ki, bunu jurnalsitlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
"Hazırda ölkəmizdə karantin rejimi olduğu üçün quru yolla gələn turistlərimiz yoxdur, onlar yalnız hava yolu ilə ölkəyə daxil olur. Qonşu ölkələrdən gələn turistləri müvəqqəti olaraq itirmişik. Operativ Qərargahın quru sərhədlərinin açılması ilə bağlı qərarını gözləyirik. Onu da deyim ki, quru sərhədlərin bağlı olması daxili turizmin artımına heç bir təsir göstərməyib", - deyə Fuad Nağıyev bildirib.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman