SON DƏQİQƏ

Paşinyan rusiyalı diplomatla Qarabağı müzakirə etdi

Tarix:21-07-2023, 19:33 Oxunub:180



Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya xarici işlər nazirinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi İqor Xovayev Qarabağı müzakirə ediblər.
 TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Laçın yolunu da müzakirə ediblər. "Paşinyan mövcud vəziyyətlə bağlı məsələlərin müzakirəsinin vacibliyini qeyd edib", - məlumatda deyilir.
Mətbuat xidməti əlavə edib ki, Paşinyan həmsöhbətinə vəziyyətin həlli ilə bağlı Ermənistan tərəfinin mövqeyini təqdim edib.








FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman