SON DƏQİQƏ

Zakir Həsənov türkiyəli həmkarı ilə görüşdü - FOTO

Tarix:25-07-2023, 21:23 Oxunub:263



İstanbul şəhərində keçirilən "IDEF - 23" 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin iştirakı ilə görüş keçirilib.
Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.









FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman