
"Əlil Qadınlar Cəmiyyəti" Ictimai Birliyinin BMT-nin Etimad Fondunun (UN Trust Fund End Violence against Women) maliyyə dəstəyi ilə Quba şəhərində "Əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi" adlı layihəsinin fəaliyyət istiqamətində növbəti görüş keçirildi. Tədbirdə dövlət qurumlarının, sosial, səhiyyə, ədliyyə, bələdiyyə, məşğulluq təhsil, İcra hakimiyyətinin, huquq mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə baş tutdu. Etika Akademiyasının rəhbəri, layihə üzrə təlimçi Günel İbrahimin Əlilliyi və kommunikasiya çətinliyi olan insanlarla, xüsusiylə qadınlarla etik davranışlar mövzusunda dövlət qurumlarının nümayəndələrinə xüsusi təlim icra etmişdir. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.




