Ukrayna ordusu cənub sektorunda rusların birinci müdafiə xəttini yarıb.
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar jurnalistlərə açıqlaması zamanı bildirib.
O vurğulayıb ki, hazırda Ukrayna ordusu müəyyən ərazilərdə çətinliklərlə üzləşirlər."Yüksəkliklərdə düşmən faktiki olaraq beton mühəndis istehkamları inşa edib. Bu, təbii ki, qoşunlarımızın hərəkətini və döyüş əməliyyatlarının özünü çətinləşdirir", - deyə nazir müavini qeyd edib.