SON DƏQİQƏ

Qlobal çağırışlar astanasında güclənən ölkə modeli - Dünya üçün Azərbaycan nümunəsi

Tarix:7-08-2023, 20:04 Oxunub:269

Bütün geosiyasi və qlobal çətinliklərə rəğmən inkişaf və bərpa-quruculuq işlərində ləngiməyən, qonşulardan bir neçə addım öndə olan Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, dünyanın çox böyük qlobal çağırışlarla üz-üzə olduğu bir vaxtda bütün riskləri böyük məharətlə dəf etməklə ölkə hüdudlarından kənarda olduğu kimi daxildə də olduqca önəmli tədbirlər həyata keçirir. Dünyada bu gün sosial-iqtisadi layihələr həyata keçirən dövlətlər çox azdır. Dünya iqtisadi burulğandadır. Azərbaycan iqtisadiyyatı inkişaf edir, sosial layihələr icra olunur. Hər şey vətəndaşların rifahı naminə edilir və ölkənin iqtisadi gücü də artmaqda davam edir.
Prezident İlham Əliyev bu gün Bərdə, Samux, Şəmkir və Qazaxa səfər etməklə bir daha Azərbaycanın hər qarışının müasir çağırışlarla ayaqlaşmalı olduğunu, bunu təmin etmək üçün Azərbaycanda hər bir imkanın mövcudluğunu nümayiş etdirdi. Dövlət başçısının bu səfərləri eyni zamanda nümayiş etdirdi ki, Azərbaycan üçün onun bütün bölgələrinin inkişafı prioritet məsələdir.
Bu, həm də onu sübut edir ki, azad olunmuş ərazilərlə yanaşı, digər regionlar da dövlət başçısının şəxsən nəzarətində, diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin bölgələrə səfər etməsi və bir sıra infrastruktur layihələrin açılışlarında şəxsən iştirakı regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla davam etdirilməsinin nə qədər böyük əhəmiyyətə malik olduğunu növbəti dəfə isbatlayır.
Azərbaycan 30 illik işğaldan sonra çox böyük bir mərhələyə qədəm qoydu. Bu mərhələ işğaldan azad olunan ərazilərin mina terrorundan tamamilə təmizlənməsi, o ərazilərdə bərpa-quruculuq işlərini sürətlə davam etdirilməsi, erməni vandalları tərəfindən daşı-daş üstə qalmayan o şəhər və rayonlarda infrastrukturu "0"-dan hazırlayıb, soydaşlarımızı öz yurd-yuvalarına Böyük Qayıdış Konsepsiyası çərçivəsində gecikmədən, vaxtında köçürmək, o yerlərə həyatı qaytarmaq kimi olduqca vacib missiyadan ibarətdir. Ən maraqlısı burasındadır ki, bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasını kənardan heç bir maliyyə dəstəyi olmadan ancaq öz iqtisadi imkanları hesabına icr 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman