Növbəti mərhələdə Zəngilan rayonunun Ağalı kəndinə daha 22 ailə (106 nəfər) köçürülür.
xəbər verir ki, bu köç karvanı Abşeron rayonu Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Zəngilan” şəhərciyindən yola salınır.
Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.