xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Məlumata görə, bundan başqa, avqustun 12-si saat 07:43-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb", MN-in məlumatında deyilir.