SON DƏQİQƏ

Nicat Abasov 1/4 finala vəsiqə qazandı

Tarix:13-08-2023, 23:19 Oxunub:204


Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov qara fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemlə qarşılaşıb.

İlk partiyada olduğu kimi cavab oyununda da Nicat Abasov qələbə qazanıb.
Beləliklə Azərbaycan şahmatçısı karyerasında ilk dəfə Dünya Kubokunda 1/4 finala vəsiqə qazanıb.
Şahmatçımızın növbəti rəqibi Yan Nepomnyaşi-Santoş Vidit (Hindistan) cütünün qalibi olacaq.




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman