SON DƏQİQƏ

Rusiyanın üç təyyarəsi bu 2 ölkənin hava məkanını pozdu

Tarix:17-08-2023, 22:31 Oxunub:221


Rusiya aviaşirkətlərinin üç təyyarəsi - "Rossiya", "Ural Airlines" və "Nordwind" Finlandiya və Estoniyanın hava məkanını pozub.
  xarici KİV-ə istinadən  xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tufan səbəbindən Kalininqraddan uçarkən təyyarələr sərhədi keçib:
"Uçuşların təhlükəsizliyinin təmin edilməsi məsələsində qarşılıqlı yardım prinsiplərini rəhbər tutaraq Rusiya tərəfi zərurət yaranarsa, Rusiya Federasiyasının hava məkanında xarici dövlətlərin hava gəmilərinin təhlükəsiz uçuşunu təmin etməyə hazırdır".







FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman