Kaliforniya sahillərində güclü zəlzələ olub
Tarix:21-08-2023, 09:14
Oxunub:212
ABŞ-ın Kaliforniya ştatının cənubunda 5,1 bal gücündə zəlzələ olub.
Trend-ə istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Oksnard şəhərindən 27 kilometr şimal-qərbdə, Sakit okean sahilində yerləşib. Orada 207 minə yaxın insan yaşayır. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
FACEBOOK ŞƏRH
SON XƏBƏRLƏR