SON DƏQİQƏ

Həyatın qisməti.

Tarix:26-08-2023, 16:36 Oxunub:238


Vətən müharibəsi dönəmində Laçınınımızın düşmən işğalından azad edilməsi istiqamətində gedən ağır döyüşlərdə  itkin düşmüş, iki gün düşmən içərisində maskalanaraq sağ qalmağı bacarmışdım. 🙁

Şükürlər olsun ki, artıq Laçınımız azaddır və bizlər bu günü Laçın günü kimi qeyd edirik. 🙏

Dönüb arxaya baxıb o günləri xatırlamaq içimi hər nə qədər acıtsa da işğaldan azad edilmiş digər bölgələrimiz kimi Laçınımızın da dirçəlişi, nəfəs alması, öz sakinlərinə qucaq açması,  insanlarımızın öz dədə-baba yurdlarına geri dönüşü, hətta sosial şəbəkə profillərinin Laçın günü şəkilləriylə, yazılarıyla süslənməsini gördükdə fəxarət hissi keçirdirəm. Çox fərqli hisslərdir bunlar. 

 Anam məni Naxçıvanda dünyaya gətirib. Bütün torpaqlarımız mənə əzizdir, doğmadır. Mənim üçün Vətən bir bütündən ibarətdir. 🇦🇿
Laçın isə həyatımda fərqli bir yerə məxsusdur. Adını illərdir qoya bilmədiyim bəlkə də heç bir zaman qoya bilməyəcəyim yerə....

Hörmətlə: Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ehtiyyatda olan zabiti İqbal Səfərov.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman