
Avqustun 25-i gənc ziyalı xanım, şərqşünas-türkoloq, fəlsəfə elmləri doktoru Cəmilə xanımın doğum günüdür. Cəmilə xanım hazırda Türkiyədə yaşayır və ölkəmizi orada da layiqincə təmsil edir. O, "Türk dövlətləri arasında vahid, ortaq dil" məsələləri haqqında bir çox yazıların müəllifidir. Bu sahədə apardığı işlərlə bağlı keçən il, Türkiyənin Antaliya şəhərində "Gənc araşdırmacl ziyalı" ödülünə və diplomuna layiq görülmüşdür.
Cəmilə xanıma möhkəm can sağlığı, istər şəxsi həyatında, istərsə də elmi yaradıcılığında uğurlar diləyirik. Təbriklərə -ın rəhbəri Kamran Orucov və kollektividə qoşulur.