SON DƏQİQƏ

Taekvondoçularımız 5 medalla vətənə qayıtdı

Tarix:28-08-2023, 10:32 Oxunub:269

Estoniyanın paytaxtı Tallində keçirilən taekvondo üzrə Avropa çempionatında iştirak edən idmançılarımız vətənə qayıdıblar.
  Trend-ə istinadən bildirir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıları federasiya rəsmiləri, məşqçilər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
3 gün davam edən Avropa çempionatını Azərbaycan taekvondoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurublar.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman