Qürur hissi ilə deyə bilərik ki, Fransanın Paris şəhərində yaşayan 6 yaşlı həmvətənlimiz Lina Djoulane Omarovanın öz uşaq dünyası eskizlərindən, sevdiyi çizgi filmlərindən ibarət çəkdiyi rəsmlər müsabiqənin qalibi elan olunub və eyni zamanda həmin rəsmlərin sərgisi nümayiş olunur. 02-08.09.2023- cü il tarixləri aralığında davam edən sərgi Fransız meriyasının təşkilatçılığı ilə Paris ətrafında yerləşən Gagny şəhərinin Rus mədəniyyət mərkəzində keçirilir. Sərgidə Gagny şəhər Meri Monsieur(Müsyo) Rolin Cranoly və bir çox qonaqlar iştirak etmişlər.Qeyd etmək istəyirəm ki,
Lina Djoulane Omarovanın Anası Leyla Djoulane Omarova əslən Azerbaycanlıdır..
Leyla xanım İngiltərədə Ali təhsilini bitirdikdən sonra Fransada ingilis dili müəlliməsi olaraq Avrasiya şirkətlərində, meriyalarda və eyni zamanda Avrasiya litseyində dərs verir.
Kiçik xanım(madmazel) Lina Djoulane Omarovanın hələ 4yaşı olarkən Fortopiano festivalı zamanı öz yaşıdları arasında Laureat adına layiq görülmüşdü. Hal-hazırda Piano və skripka musiqi alətlərinə böyük həvəs göstərir və məşğul olur. Çox istedadlı xanım Lina Djoulane Omarova 3ildir ki, rəsm dərisini Carol Bouteillerdən alır.
Carol Bouteiller istedadlı uşaqların fantaziyasını reallaşdıran fantastik rəsm müəlliməsidir. Fansız müsahibimin dili ilə desək Carol Bouteiller Aktyordur. Aktyor-Müəllimə Carol Bouteillerin əziyyəti danılmazdır. Biz fəxr edirik ki, Lina Djoulane Omarova kimi parlaq gələcəyə malik bir Azerbaycan övladı Parisdə yetişir.
Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycan dilini,
mədəniyyətini, milli- mənəvi dəyərlərini, adət-ənənələrini bütün dünyada yaşatmaqdıq.
Hər bir azərbaycanlı xaricdə milli mənsubiyyətimizi qürur hissi ilə ifadə etməlidir.
BEMM rəhbərliyi və nümayəndələri; Vətənim Azerbaycandır.az informasiya agentliyi kollektivi həmvətənlimiz Lina Djoulane Omarovaya və valideyinlərinə bu ciddi və məsuliyyətli yolda həyat və yaradıcılıq uğurları diləyir.. Lina Djoulane Omarovanın sevincində bizim də payımız var..
BEMMin Elmi Katibi:
Vətənim Azerbaycandır.az informasiya agentliyinin icraçı direktoru: Nailə Muradova.


