İnsan ömrünün kamillik dövrünə qədəm qoyduqda, onu peşəsindən, tutduğu vəzifəsindən asılı olmayaraq, hər şeydən öncə belə suallar düşündürür: Yaşamaqda məqsəd nədir? İnsanlığın ən böyük amalı nədir? Xoşbəxtliyi nədə görürəm?... Müdrik insan o suallara birmənalı cavab verir – insan insanın qayğısını çəkməli, Vətənini və xalqını sevməli, mübarizə aparmalı, haqqı-ədaləti uca tutmalı, bu yolda heç bir çətinlikdən qorxmamalıdı. Bütün bu duyğular, bu hisslər əslində insan doğulanda qanla, ana südüylə, ana laylası, ata öyüd-nəsihəti ilə ötürülür və bütün ömrü boyu insanın ruhuna, qəlbinə hakim kəsilir.Elə insanlar mənsub olduğu xalqın ləyaqətli övladları olur, heç vaxt çətinliklərdən qorxmurlar. Xalqın, el-obanın hörmətini qazanaraq hər yerdə, adı ehtiramla,hörmətlə çəkilir, dəyərli sayılır.
Belə insanlardan biri, öz şəxsiyyəti,işi ilə insanların rəğbətini qazanan, " " , " ONDERTV.ORG", "44 GUN.ORG saytlarının təsisçisi və baş redaktoru sentyabrın 7-si doğum gününü qeyd edəcək Kamran Orucovdur. Hörmətli Kamran müəllim! Saytımızın kolkektivi adından sizi təbrik edirik. Yeni yaşınız həyatınıza sağlıqlı,xoş,mənalı gəlsin. Sizə can sağlığı, işlərinizdə uğurlar arzulayırıq.
" "saytının Türkiyə təmsilçisi Bayramova Fəridə