SON DƏQİQƏ

Kanadalı parlamentar Azərbaycana gəldi - Fotolar

Tarix:12-09-2023, 18:25 Oxunub:238



Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Azərbaycana səfər edən Kanada nümayəndə heyəti ilə görüşü keçirilib.
xəbər verir ki, görüşdə Kanada İcmalar Palatasının üzvü, deputat Çandra Arya, Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasının nəşriyyat direktoru Ron İst və Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin həmtəsisçisi Nigar Əliyeva iştirak ediblər.
Komitə sədri dövlətimizin diaspor siyasəti, həyata keçirilən fəaliyyət istiqamətləri barədə ətraflı danışıb. Kanadada yaşayan soydaşlarımızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyata sıx inteqrasiyasını yüksək qiymətləndirib. Ontario və Kanada parlamentarları ilə Azərbaycan icması arasında əməkdaşlıq əlaqələrinin qurulmasında Çandra Arya kimi deputatların böyük rol oynadığını nəzərə çatdırıb. Torontodakı Azərbaycan Evini ziyarət etdiyi üçün Çandra Aryaya ayrıca təşəkkürünü bildirib.
Qonaqlar Komitənin fəaliyyətini müsbət qiymətləndiriblər.
Qeyd edək ki, bu səfər Diasporla İş üzrə Dövlət Komitəsinin beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə məlumatlandırılması layihəsi çərçivəsində gerçəkləşdirilib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman