Xəbər verdiyimiz kimi, Bakıda kriminal avtoritet “Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunan, amma məhkəmədə bəraət alaraq azadlığa çıxan Zaur Yusifov ötən gün axşam saatlarında öldürülüb.
“Vətənim-Azərbaycandır.az” qətlin baş verdiyi yerdən fotolar əldə edib.Məlum olub ki, Zaur Yusifov 6-cı mikrorayon ərazisində yerləşən marketlərin birində güllələnib. Kikboks üzrə dünya çempionu naməlum şəxs və ya şəxslər tərəfindən “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.

