Nyu-Yorkun Buffalo şəhərində supermarketdə atışma baş verib.
“Vətənim-Azərbaycandır.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Buffalo Polis Departamenti məlumat yayıb.
Səlahiyyətlilər hücumda ən azı 8 nəfərin öldüyünü bildirib.
Hadisə ilə əlaqədar bir nəfər saxlanılıb, lakin şübhəlinin kimliyi açıqlanmayıb.
Araşdırmalar davam etdirilir.