Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Vətənim-Azərbaycandır.az"ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Qəbələ-Əmili avtomobil yolunda olub.
Belə ki, hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində avtomobillərdən birində olan 2 nəfər dünyasını dəyişib. Qəza nəticəsində xəsarət alanların olduğu da bildirilir.
Faktla bağlı araşdırma aparılır.