SON DƏQİQƏ

Bakıda kafedəki davada iki nəfər bıçaqlandı

Tarix:23-05-2022, 10:05 Oxunub:303

Bakıda kafedə 2 nəfər bıçaqlanıb.


Vətənim-Azərbaycandır.az”ın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisindəki “Komfort Plaza” kafesində baş verib. Bir qrup şəxs arasında kafedə baş vermiş dava-dalaş zamanı 1992-ci il təvəllüdlü Nihad Məmmədov və 1985-ci ildə anadan olmuş Elçin Süleymanov kəsilmiş-deşilmiş xəsarətlər alıb.

Nihad Məmmədovun xəsarətləri daha ağır olduğundan o, 3 saylı Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman