SON DƏQİQƏ

Nabranda istirahət mərkəzində yanğın olub

Tarix:19-06-2022, 18:24 Oxunub:335

Nabranda istirahət mərkəzində yanğın olub

Xaçmaz rayonunun Nabran kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 12 m² olan hamam otağının yanar konstruksiyaları, yaxınlıqda transformatorun yağı və sarğıları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı koteclər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Vətənim-Azərbaycandır.az".

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman