SON DƏQİQƏ

Sumqayıtda nəvə nənəsini öldürdü

Tarix:25-06-2022, 23:34 Oxunub:379

Sumqayıtda nəvə nənəsini öldürüb.


Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğu məlumat yayıb.

Bildirilir ki, iyunun 25-i saat 03 radələrində Sumqayıt şəhəri ərazisində 1938-ci il təvəllüdlü Qənirə Mehdixanlının yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin nəvəsi 1995-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənirə Mehdixanlını iplə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman