Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, yanğından əvvəl partlayış səsləri eşidilib. Hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadası cəlb olunub.
Yanğının söndürülməsi işləri aparılır.
FHN baş vermiş yanğınla əlaqədar məlumat yayıb. Məlumatda deyilir:
"Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Qış parkı"nın yaxınlığında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının tikinti aparılan ərazidə baş verdiyi müəyyən olunub. İlkin məlumata əsasən, təqribən 100 m² sahədə tikinti materialları yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb".