Gəncədə intihara cəhd edən qadın xəstəxanada ölüb.
“Vətənim-Azərbaycandır.az" məlumatına görə, hadisə ötən gün şəhərin Məhsəti qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1950-ci il təvəllüdlü Daşkəsən rayon sakini M.Qurbanova yaşadığı evdə özünü asıb. Yaxınları tərəfindən dərhal xəstəxanaya çatdırılan M.Qurbanova bu gün xəstəxanada vəfat edib.
Qadının hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.