SON DƏQİQƏ

Polis bayramı günü qəzada öldü - Foto

Tarix:3-07-2022, 07:43 Oxunub:337

Ağdaşda yol qəzası zamanı sabiq polis əməkdaşı vəfat edib.


"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, hadisə bir neçə saat öncə rayonun Yuxarı Ləki kəndində baş verib.

İlkin məlumatlara əsasən, uzun müddət Ağdaş və Zərdab Dövlət Yol Polisi İdarələrinin əməkdaşı olmuş Samir Zamanpur qəzada həyatını itirib. Onun qəzanı şəxsi avtomobili ilə törətdiyi, qarşıdan gələn digər maşınla toqquşduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2 iyul Azərbaycanda polis işçilərini peşə bayramı kimi qeyd olunur. 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman