SON DƏQİQƏ

Baku Bus MMC-nin əməkdaşı ürəyindən bıçaqlandı

Tarix:4-07-2022, 07:42 Oxunub:343

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.


"Vətənim-Azərbaycandır.az" apa-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.Gülçülük Sovxozu ərazisində 1988-ci il təvəllüdlü Məmmədov Ruslan Əhməd oğlu toydan çıxarkən tanımadığı şəxs tərəfindən ürək nahiyəsindən bıçaqlanıb.


Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, R.Məmmədov Baku Bus MMC-nin əməkdaşıdır. O, avtobusların birində sürücü kimi fəaliyyət göstərir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman