SON DƏQİQƏ

Oğuzda mikroavtobus yandı

Tarix:15-07-2022, 18:35 Oxunub:318

Oğuzda mikroavtobus yanıb.

"Vətənim-Azərbaycandır.az" məlumatına görə, hadisə bu gün şəhər ərazisində baş verib.

Belə ki, Etibar Nurəddin oğlu Şükürova məxsus 1 saylı şəhərdaxili marşrut avtobusu hərəkətdə olarkən anidən alışıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Oğuz Yanğından Mühafizə Hissəsinin 1 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində marşrut avtobusu təmamilə yanıb. Yanğın baş verən anda mikroavtobusda sərnişin olmayıb. Sürücü isə yanğından xilas ola bilib.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman