SON DƏQİQƏ

FHN: "Nəzarətsiz ərazidə batmış 1 nəfərin meyiti tapılıb"

Tarix:14-08-2022, 11:05 Oxunub:304

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 71 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. vətənimdir-azərbaycan.az xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 11 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib, dənizdə nəzarətsiz ərazidə batmış 1 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman