Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-a istinadən xəbər verir ki, şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Samur qəsəbəsində qeydə alınıb. Minik avtomobili yük avtomobilinin sürücüsü olan Türkiyə vətəndaşını vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.