SON DƏQİQƏ

Siyəzəndə ağır qəza, ölənlərin sayı 4-ə çatdı - Yenilənib

Tarix:12-02-2023, 12:38 Oxunub:432

Bu gün Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“44gun.org” xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Siyəzəndə baş verən qəzanın bəzi təfərrüatları məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən “44gun.org”ya verilən məlumata görə, Şabran rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu idarə etdiyi “Audi” markalı, 99-DN-744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində hərəkətdə olarkən idarəetməni itirərək yolun hərəkət hissəsindən kənarda dayanan “Mercedes” markalı, 99-BB-340 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində sürücü N.Məmmədov xəsarət alıb, avtomobildə olan 3 nəfər sərnişin isə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
Qəzada ölənlərin sayı 4-ə çatıb.
Həkimlərin səyinə baxmayaraq sürücü Nicat Məmmədovun həyatını xilas etmək mümükün olmayıb.

44gun.org

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman