SON DƏQİQƏ

Rus futbolçu bıçaqlanaraq öldürüldü

Tarix:27-01-2021, 21:43 Oxunub:373

Rusiyanın “İrtış” klubunun keçmiş futbolçusu Yeqor Drobış öldürülüb.
"44gun.org" xəbər verir ki, bu barədə Omsk təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçi dostu ilə mağazadan qayıdarkən yolda bıçaqlı hücuma məruz qalıb. Yeqor ürəyindən aldığı bıçaq zərbəsi nəticəsində dünyasını dəyişib, dostu isə reanimasiyadadır. Polis cinayətkarları axtarmağa başlayıb.
Yeqor “İrtış”ın gənclərdən ibarət komandasının aparıcı futbolçularından olub.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman