Xəbər verdiyimiz kimi, Lionel Messi bu gün brifinq keçirərək, göz yaşları içərisində “Barselona” ilə vidalaşıb.
“Qafqazinfo” xəbər verir ki, dünya futbol ulduzu brifinqdə gələcək karyerası ilə bağlı sualları da cavablandırıb.
“PSJ mümkün variantlardan biridir. Amma hələlik heç kimə zəmanət verməmişəm.
Bu an üçün hələ heç nə rəsmən təsdiq olunmayıb. “Barselona”nın bəyanatından sonra mənə digər klublardan da çoxlu zənglər olub”.