SON DƏQİQƏ

MOİK-in baş məşqçisi: “Qarabağ”ın gücünü, futbolçularının səviyyəsini hamı bilir”

Tarix:21-12-2023, 23:16 Oxunub:165

44gun.org "İdman.biz" ə istinadən xəbər verir ki,Oyunun tarixi torpaqlarımızda keçirilməsinə görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Müzəffər ordumuza təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Bu torpaqlar onların qanı bahasına işğaldan azad olunub. Qazilərimizə də allahdan şəfa diləyirəm”.
İdman.biz xəbər verir ki, bunu MOİK-in baş məşqçisi Qəzənfər Abbasov Xankəndidə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, komandası tarixi matçda bacardığını meydanda qoyub: “Qarabağ”ın gücünü, futbolçularının səviyyəsini hamı bilir. Biz əlimizdən gələni etdik. Oyuna görə komandama təşəkkür edirəm. Bacardıqlarını meydanda qoydular və kimə qarşı oynadıqlarını da yaxşı bilirdilər”.
Abbasov matçdan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun onu gözəl oyuna görə təbrik etdiyini də deyib: “Komanda I liqada 1-ci yeri tutsa, Premyer Liqada oynayacağıq. Bu, şərəf olar. MOİK-in Azərbaycan çempionatında Xankəndidə çıxış etməsinə gəlincə, buna ancaq rəhbərlik qərar verə bilər. Biz də tarixi torpağımızda komandamızın olmasını istəyərik. Bu, MOİK olsa şərəf olar”.
44gun.org

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman