Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Prezident,Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimiz düşmən üzərində şanlı qələbə qazandı.Bu qələbə sayəsində ölkəmizin ərazi bütövlüyü təmin olundu.İşğalçı Ermənistan 44 günlük müharibədə böyük itkilərə məruz qaldı.Eyni zamanda,şanlı Ordumuz döyüş meydanında düşmənin çoxlu sayda hərbi texnikasını qənimət kimi ələ keçirdi.Prezident ,Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşdirilməsindən bir gün sonra-noyabrın 11-də hərbiçilərlə görüşündə düşmənin qənimət kimi götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu bildirmişdir.Artıq açıq səma altında nadir park olan Qənimətlər Parkı salınıb.
44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl,Fizuli,Zəngilan,Qubadlı şəhərləri,Xocavand rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri,Murovdağ və Zəngilan,Tərtər rayonunun Suqovuşan kəndi,Xocalı və Laçın rayonlarının bir çox kəndləri işğaldan azad olundu.
Vətən müharibəsində qələbəmiz nəticəsində qəhrəman döyüşçülərimizin Vətən sevgisi,Vətən qayğısı,Vətəninin bütövlüyü naminə canlarından keçmələri mühüm rol oynadı.
Noyabrın 8-də Şuşanın,ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsinin geri qaytarılmasından sonra işğalçı Ermənistan müharibəni davam etdirmək iqtidarında olmadığını anladığı üçün noyabrın 10-da üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı.Bəhs olunan bəyanatla üzərinə bir sıra öhdəliklər götürən düşmən sonradan Ağdam,Kəlbəcər və Laçın rayonlarını döyüşsüz Azərbaycana təhvil verdi.Qənimətlər Parkında toplanan texnika Ermənistanın acınacaqlı məğlubiyyətini acınacaqlı şəkildə nümayiş etdirir.
Azərbaycanın Respublikasının Prezidenti,Müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevin güclü siyasəti uğrunda geri qaytarılan,düşməndən azad olunan torpaqlarımız uğrunda 3000-dən çox şəhidimiz oldu.Allah cəmi şəhidlərimizə rəhmət eləsin
Kəmalə Rüstəmova
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı fəalı
44gun.org