Dünyanın ən nüfuzlu foto festivallarından biri olan “Siena International Photo Awards”ın nəticələri açıqlanıb.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, türkiyəli fotoqraf Mehmet Aslanın Suriyada çəkdiyi şəkil “İlin fotosu” adına layiq görülüb.“Bu mükafat mənim üçün qürur qaynağı oldu”, - fotoqraf duyğularını dilə gətirib.
Fotoda Suriyada müharibənin dəhşətləri əyani formada ata və oğulun simasında öz təcəsümünü tapıb.
